Avropa Birliyi ilə əməkdaşlıq

Avropaya vizasız gediş-gəliş və biznes imkanlarını təmin edəcəyik!

Biz, Azərbaycanın Avropa Birliyilə (AB) "Assosiasiya Sazişi"nin imzalanması məqsədilə rəsmi danışıqlara başlayacağıq. Avropa Birliyinə daxil olan ölkələrlə daha sıx əməkdaşlıq siyasətini həyata keçirəcək, azad ticarət məkanının qurulması və demokratiya sahəsində əməkdaşlığı dərinləşdirəcəyik. Ölkə qanunvericiliyini Avropa Birliyi qanunvericiliyinə uyğunlaşdıracağıq. Azərbaycan vətəndaşlarına Avropa vizasının ləğv edilməsinə və iş adamlarımızın Avropa bazarında fəaliyyətinə hərtərəfli şəraitin  yaradılmasına çalışacağıq.