Azər Qasımlı Stephen McCormick ilə görüşüb

12.02.2018

Fevralın 12-də Böyük Britaniyanın ölkəmizdəki səfirliyində Respublikaçı Alternativ Partiyası Təşkilat Komitəsinin Siyasi məsələlər üzrə katibi Azər Qasımlı və Böyük Britaniyanın ölkəmizdəki  səfirinin müavini Stephen McCormick arasında görüş olub. 

Görüşdə növbədənkənar prezident seçkiləri, REAL-ın seçkidə iştirakla bağlı mövqeyi, o cümlədən REAL sədri İlqar Məmmədovun həbsi, Avropa Şurası ilə Azərbaycan arasındakı münasibətlər və Azərbaycanın öhdəliklərini yerinə yetirməməsindən irəli gələn Avropa Məhkəməsində 46.4 maddəsi ilə başladılan işlə bağlı məsələlər müzakirə olunub.