Natiq Cəfərli Allicia P.Allison ilə görüşdü

03.10.2017

Oktyabrın 3-də Bakı şəhərində ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya əlaqələr departamentinin Qafqaz və Regional konfliktlər bürosunun Direktoru Alicia P.Allison  ilə REAL-ın İcra Katibi Natiq Cəfərli arasında görüş oldu. Görüşdə ölkəmizdəki ictimai-siyasi və iqtisadi durum, Dağlıq Qarabağ problemi və REAL Sədri İlqar Məmmədovun qanunsuz həbsinin davam etməsi müzakirə edildi.