Partiya qurultayı ilə bağlı media açıqlaması

24.09.2017

Respublikaçı Alternativ Partiyasının amalı – ölkəmizdə respublika ənənələrini, ərazi bütövlüyümüzü bərpa etmək, vətəndaşlarımızın azadlığını və təhlükəsizliyini təmin etmək, cəmiyyətimizi müasir və mütərəqqi dünyagörüşlü, sağlam, bilikli, rəqabətədayanıqlı, açıq və çevik hala gətirməkdir.

Bu amallarla yaradılan Respublikaçı Alternativ Partiyasının Təşəbbüs Qrupu özünün 24 sentyabr toplantısında Respublikaçı Alternativ Partiyasının I Təsis Qurultayının 2017-ci il oktyabr ayının 29-da keçirilməsi qərarını verib.

Biz, partiya olaraq ideyalarımızı hakimiyyətə daşımaq əzmindəyik. Cümhuriyyət dəyərlərini paylaşan və bu yolu bizimlə birgə getmək istəyən vətəndaşlarımızı Azərbaycan Respublikaçılarının yeni qurulacaq Partiyasına üzv olmağa çağırırıq.

Bakı şəhəri, 24 sentyabr 2017