Dilqəm və Şahbazın ailələri bunları bilməlidir

Dilqəm və Şahbazın işi üzrə ərizə Avropa Məhkəməsinə lazımi keyfiyyətdə hazırlanmışdırsa, 2018-də Məhkəmə onların xeyrinə qərar verəcək. Hazırda ikicə şərhim var.

     Birincisi, mənim işimə dair Avropa Məhkəməsinin 2014-də verdiyi qərarını 3 ildir icra etməyən Əliyev rejimi, Sarkisyan rejiminə artıq gözəl bəhanə yaradıb ki, Dilqəm və Şahbazı 2018-dən sonra da azı 3 il sərbəst buraxmasın.

      İkincisi, Əliyev üçün məni içərdə saxlamaq Şahbaz və Dilqəmi işğalçıların əsirliyindən qurtarmaqdan daha vacibdir. Odur ki, dövlətin dəstəyi ilə hazırlanmış kimi görünən sözü gedən ərizə Dilqəm və Şahbazı Avropada qəsdən uduzdurmaq sonra isə Avropa Məhkəməsinin “ədalətsizliyi” haqda səs-küy salmaq məqsədini güdə bilər.