Avropa İnvestisiya Bankına tərif

Beynəlxalq auditoriya üçün yazdığım məqaləmdə dörd bankdan biri haqqında qeyd etmişəm ki, bu bank maddi baxımdan əlaqəli alqoritmi, başqa sözlə desək Azərbaycanda neft-qaz layihələrinin maliyyələşdirilməsi imkanları ilə ölkədə ədliyyə sisteminin inkişafı arasında əlaqəni hesablamaqla məşğuldur.

Bu, məqalədə qaldırdığım məsələlərdən sonra 2017-ci ilin martında Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən (MSŞT) çıxarılmasının verdiyi nəticələrdən biridir.

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti cənab Çakraboti açıq şəkildə MSŞT-nün bu müdrik qərarını sorğuladığı, beləliklə də hökumətin tənqidçilərinin davamlı şəkildə həbsinə dəstək verdiyi, Dünya Bankı və Asiya İnkişaf Bankı mövzunu fəlsəfiləşdirmədən kreditləri təsdiq etdiyi halda Avropa İnvestisiya Bankı ədliyyə sisteminin möhkəmləndirilməsi yönündə mexanizm irəli sürür. Bu həvəsləndirici xəbəri etibarlı xarici mənbədən eşitmişəm

Avropa İnvestiya Bankını təriflədiyim halda digər üç bankı da pisləyə bilmərəm. Onların düşüncəsi 2015-ci ildən Birinci Avropa Oyunlarından əvvəl, Avropa Olimpiya Komitəsinin rəhbəri cənab Patrik Haykeyin bu fikri qədər əsaslıdır: Avropa Olimpiya Komitəsi qanunun aliliyi məsələsində Avropa Şurası və ATƏT-dən böyük çempion ola bilməz - onlar hər ikisi Azərbaycanda bir sıra hadisələri zaman-zaman tənqid edirlər, amma ölkənin məhdudlaşdırılmamış, tam hüquqlu üzvlüyünü də saxlayırlar.

Oyunlardan bir il sonra cənab Haykey Braziliyada korrupsiya məsələsinə görə həbs olundu, amma bu başqa bir müzakirə mövzusudur.

Seçkinin yanlış müşahidəsinin əsas günahı

Avropa Şurası və ATƏT-in ölkənin kursuna düzəlişlər etmək üçün istifadə etdiyi vasitələr keçmişdə qalıb, ona görə ki, elə başlanğıcda hakimiyyət ələ alma yaxud da kələk gəlmə yolu ilə elə də dəhşətli olmayan seçki dəyərləndirməsinini onlardan almaq məsələsini bacarıqla prioritetə çevirib.

“İnstitusional demokratiya seçki demokratiyasına qarşı” kimi nəzəriyyələr qurmaqla bürokratik proqramlaşdırma müqabilində fundamental demokratik dəyərlərə xəyanətlərinə bəraət qazandırıblar.

Misal üçün, birgə mətbuat konfransında Avstriyalı parlamentari ATƏT Parlament Assambleyasının Azərbaycanda müşahidə missiyasının rəhbəri Volfanq Qrossrul 2010-cu ildə təkcə ATƏT-in Demokratik Təsisiatlar və İnsan Haqları ofisini tənqid etməklə kifayətlənməmişdi, bunun davamı olaraq ATƏT-in o zamankı rəhbəri Qazaxıstanın xarici işlər nazirinə Demokratik Təsisatlar və İnsan Haqları ofisi haqqında şikayət məktubu da yazmışdı.

2015-ci ildə ispaniyalı deputat, Azərbaycana çox az sayda müşahidəçi göndərən AŞPA-nın rəhbəri cənab Jordi (ODİHR-dən heç bir müçahidəçinin seçkiyə buraxılmamışdı) parlament seçkilərini Azərbaycan xalqının demokratik seçimi adlandırmışdı. İki ildən də az müddət sonra 2017-ci ilin martında o, Bəşər Əsədə dəstəyini ifadə etmək üçün Dəməşqə uçmuşdu. Bu onun AŞPA-da karyerasının biabırçı bir şəkildə sona çatması ilə nəticələnmişdi. Amma bu da başqa bir müzakirə mövzusudur.

Dözülməz standart

AŞPA və ATƏT-in Parlament Asambleyasının müşahidə missiyasının prinsipləri ona əsaslanırdı ki, Demokratik Təsisatlar və insan haqları ofisinin yanaşması “çox texniki” yanaşma olub və əslində yaxşı müşahidəçilər “daha geniş siyasi mənzərəyə nəzər salmalı idilər”.

Subyektiv izahlar üçün geniş yer qoymaqdan və Azərbaycanda demokratiyanın aşınmasını sürətləndirməkdən başqa, deyilən “prinsiplər” siyasi məhbuslar məsələsinə ünvanlanmırdı: həbsdə olduğum 4.5 il ərzində AŞPA heç zaman mənim işimlə bağlı bir sənəd qəbul etməyib. Yalnız bir dəfə 2015-ci ilin iyununda Avropa İnsan Haqları Məhkəməsinin gəldiyi qənaətlə bağlı narahatlığını ifadə edib.

Beləliklə də, Əliyevi tənqid edən şəxslərin azadlığı çox ləng işləyən məhkəmələrin “texniki subyekti”nə çevrildiyi bir vaxtda, müsbət məhkəmə qərarından və Avropa Şurası Nazirlər Komitəsinin illərlə uzanan süründürməçiliyindən sonra AŞPA-ya görə cənab Əliyevin seçki maraqları “geniş siyasi müzakirələr” mövzusudur.

Bəli, süründürməçilik

Avropa Şurası Nazirlər Komitəsi AİHM-nin qərarına əsasən hər rübdə bir dəfə olmaqla 11 dəfə (!) mənim azadlığa buraxılmağımla bağlı Azərbaycan hökumətinə çağırış edib.

Hökumət qərarın icrasından birbaşa imtina edir, bunun əvəzinə isə AŞPA komitəsinin Azərbaycanda görüşləri, formal və ritual etiraflar olaraq Avropa Şurasının Əliyev rejiminə hörmətli bir üzv kimi həqiqi münasibəti haqqında hesabatlar verir.

Muxtar uçuş

ATƏT və Avropa Şurasının insan hüquqlarının pozulmasına qarşı müdafiəsinin praktik olaraq öldüyü bir vaxtda MSŞT və Avropa İnvestisya Bankının öz bildiyi kimi hərəkət etməsi təəcüblü deyil.

Bildiyim qədərilə Avropa İnvestisiya Bankı mənim işimlə bağlı AİHM-nin verdiyi qərarın icra etməkdən imtina edən Azərbaycanın ədliyyə sisteminin nə dərəcədə etibarlı olması ilə bağlı ortaya böyük sual qoyub və ölkə ilə assosiasiya olunan enerji layihələri ilə bağlı kreditin verilməsindən imtina etməyə meyllənir.

Bu məqaləni də ona görə yazıram ki, Avropa İnvestisiya Bankı hələ də Nazirlər Komitəsi və Azərbaycan hökuməti arasında funksional əməkdaşlığın holoqrafik filmi ilə aldadılmış ola bilər. İcazə verin izah edim.

Bu lənətəgəlmiş özünü nə hesab edir?

Hazırda mövcud olan qanunların da tələb etdiyi kimi, 9 kvartallıq müzakirə (2014-cü ilin dekabrından 2016-cı ilin dekabrınadək) hökumətin AİHM-nin qərarının icra etməsi üçün ayrıca olaraq ümumi (qanunverici dəyişikliklər və s.) və individual ölçü (mənim dərhl azadlığa buraxılmağım) formalaşdırıb.

Amma, 2016-cı ilin martında AŞPA prezidenti Pedro Aqramunt həbsxanada mənə baş çəkəndən sonra ictimai şəkildə dedi ki, heç bir individual ölçü tətbiq olunmamalıdır və mən ümumi ölçülərin nəticəsi olaraq azadlığa buraxılmalıyam. Mən dərhal AŞ heyətinin mövcud ümumi yanaşma kompromisinə etiraz etdim.

Nazirlər Komitəsinin 10-cü rübədək, 2017-ci ilin martına qədər ayrıca individual ölüçünün tətbiq olunmasında israrını davam etdirdi və bu qərar mənim azadlığımı ümumi ölçülərdən asılı vəziyyətdə qoydu.

Bu hansı səbəblərdən baş verdi?

2017-ci il 10-12 yanvar tarixlərində Avropa Şurasının iki yüksək rütbəli rəsmisi Avropa İnsan Hüquqları Konvesiyasının 2015-ci ildə baş katib Turborn Yaqlandın təşəbbüsü ilə qaldırılan 52-ci maddəsi ilə ölkəyə gəlişinə icazə verildi. Gələn rəsmilərin tapşırığı AİHM-nin mənim işimlə bağlı verdiyi qərara dair Azərbaycan hakimiyyətinin hansı niyyətdə olması haqqında məlumatın toplanması idi.

Bu centlmenlərin Bakıda keçirdiyi görüşlərin nəticəsi olaraq bir sıra beynəlxalq insan haqları təşkilatı sevinc əhval-ruhiyyəsinə girdi: hamıya deyildi ki, İlqar qarşıdan gələn bir neçə həftə ərzində azadlığa buraxılacaq.

 

Paralel olaraq hökumətyönlü media və qonqolarda fəaliyyət göstərən şəxslər siqnal göndərdilər ki, mən prezidentin imzaladığı 17 mart sərəncamı ilə azadlığa buraxıla bilərəm. Nazirlər Komitəsi rəsmisi mənim vəkilimə zəng edərək soruşdu ki, o AŞ-a dərc olunan bu xəbərlərlə bağlı qısa qeyd göndərə bilərmi. Onların hərəkətsizliyinə belə bir bəhanə verməmək üçün vəkil ağıllı tərpənərək bunu etmədi. Bu təklifi eşidəndə bərk qəzəbləndim. Mən ona belə bir məktub yazaraq bu cür bəhanələrə yol verməməyə çağırdım, bunu xüsusilə də 2017-ci il fevralın 15-də mənə həbsxanada baş çəkən AŞPA komitə sədri Alan Desteksin dediklərinə görə etdim.

İnsan haqları təşkilatlarının sevinci gözlənildyi kimi vaxtından əvvəl baş vermişdi. 52-ci maddə missiyasının prosesinin bir hissəsi olaraq cənab Əliyev sərəncam verərək dövlət orqanlarının 2017-ci il aprelin 10-dak “cinayət cəzası siyasətinin humanistləşdirilməsi” ilə bağlı layihələrin hazırlanaraq təqdim edilməsini istədi.

Nazirlər Komitəsinin 2017-ci ilin martındakı 10-cu qərarı mənim azadlığa buraxılmağıma bu sərəncamın tətbiqi ilə dəstək verdiyini təsdiqlədi. Beləliklə də, rejimin cəzalandırılması üçün daha bir kvartallıq imkan boşa xərcləndi.

2017-ci il iyunun 8-də Nazirlər Komitəsinin 11-ci qərarında deyilirdi ki, “humanistləşdirmə paketi”nə parlamentin iyunda keçiriləcək əlavə sessiyada baxılacaq. AŞ hərəkətsizliyi nəzərdə tutan bu bəhanəni də rahatca uddu.

Köhnə kələklər

Bunun nəticəsi olaraq cənab Əliyev “söz verdiyi kimi” üç layihədən ancaq birini, onu da ancaq iyunun 29-da parlamentə göndərdi. İyunun 30-da keçirilən əlavə sessiyada isə bunu qəbul etmək üçün vaxt olmadı. Parlament yay tətilinə çıxdı.

Parlamentin payız sessiyasının ilk plenar iclası oktyabrda keçiriləcək. Beləliklə də, Nazirlər Komitəsininin sentyabrda keçiriləcək rüblük sessiyası da Bakıya qarşı heç bir cəza mexanizmi tətbiq etməyərək Azərbaycan parlamentini payız sessiyasında keçiriləcək iclasda təkliflər paketini qəbul etməyə çağıracaq. 2017-ci il dekabrın əvvəllərində isə rejim və onun Nazirlər Komitəsindəki dostları əmin edəcək ki, layihə Yeni İldən əvvəl və ya texniki olaraq payız sessiyasında səsverməyə qoyulacaq.

Amma bu, Əliyev tərəfindən imzalanan layihəmin tez bir zamanda qüvvəyə minəcəyinə və mənim azadlığa buraxılacağıma təminat deyil. Nə Nazirlər Komitəsi, nə də rezin möhür rolunu oynayan Azərbaycan parlamenti təkliflər paketinin üzünü görməyiblər.

Nəticələr

Hökumət Avropa İnvestisiya Bankının ədliyyə sisteminin keyfiyyətinə dair sualları mənim işimlə bağlı verdiyi Nazirlər Komitəsinin verdiyi “müsbət irəliləyişin olduğuna dair” 11-ci qərarına istinad edərək cavablandıra bilər. Mümkündür ki, bu ifadənin bu qərara salınmasında məqsəd laqeyd görünən Avropa İnvestisiya Bankının nəzərdə tutduğu pulu əldə etməkdir.

Mən Avropa İnvestisiya Bankına bildirmək istəyirəm ki, reallıqda heç bir proses yoxdur. Nazirlər Komitəsi ilə Azərbaycan arasında mənim işimlə bağlı AİHM-nin qərarının icrası ilə bağlı heç bir real irəliləyiş yoxdur.

Qərardan 2 il 6 ay sonrakı müddətdə Nazirlər Komitəsində səs azlığının qarşısının alınmasına dairqərarı (qərarlar 2/3 səs çoxluğu ilə qəbul edilir) hərəkətsizlik üçün daha bir qism bəhanəyə yol açıb: yerli məhkəmələrin qaydaya salınmasına dair gözlənti.

2017-ci ilin martında bu daha bir bəhanənin kəşfinə səbəb olub: sirli “humanistləşdirmə paketi”.

Tərcümə: Meydan TV