ReAl-ın lideri İlqar Məmmədovun azad olunması üçün Fransa Prezidentinə müraciət olundu

12.07.2017

Avropa, keçmiş Sovet ölkələri və Şimali Amerikadan olan 33 QHT və 13 insan haqları müdafiəçisi Azərbaycandakı İlqar Məmmədovun və digər siyasi məhbusların azad olunmasına kömək etmək üçün Fransa Prezidenti Emmanuel Macrona açıq məktub ünvanlayıblar.

Məktubda deyilir: "İlqar Məmmədovun vəziyyəti Avropa Şurası tərəfindən müəyyən edilmiş insan haqlarının müdafiəsi rejiminin legitimliyi üçün bir testdir. Azərbaycan hakimiyyəti İlqar Məmmədovu azadlığa buraxmaqdan davamlı olaraq boyun qaçırır, baxmayaraq ki, AİHM artıq 3 ildir ki, onun Azərbaycan hökumətini tənqid etdiyi üçün azadlıqdan məhrum edildiyini və bunun Avropa İnsan Haqları Konvensiyasının pozuntusu olduğunu bildirib."

Fransanın Avropa Şurası strukturlarının ev sahibi olduğunu, Azərbaycanla ticarət və digər sahələrdə yüksək səviyyəli əlaqələri olduğunu və Prezident Macronun dəyərlərə bağlı liderlini nəzərə alaraq bu məktubu imzalayanlar Prezidentdən İlqar Məmmədov və digər siyasi məhbusların azad edilməsi üçün özünün adminnistrativ təsir gücündən istifadə etməsinə və ədaləti bərqarar etmək üçün yardım etməsinə çağırıblar.

Məktubun orijinalını bu linkdən oxuya bilərsiniz.