"Siyasi Məktəb" məzunlarına sertifikat təqdim edildi

02.07.2017

“Siyasi Məktəb” Respublikaçı Alternativ Partiyasının layihələrindən biridir. Bu layihənin əsas məqsədi gələcək siyasi liderlərin nəzəri və praktik bacarıqlarının inkişaf etdirilməsidir.

“Siyasi Məktəb” layihəsində iştirak etmiş gələcək siyasi liderlərə partiya işinin peşəkarcasına aparılması, təşkilatçılıq, debat, kommunikasiya, mobilizasiy, təsir bacarıqları, həmçinin Partiya proqramı REAL İdarə Heyəti üzvləri və peşəkar mütəxəsislər tərəfindən tədris edilmişdir.

İlk “Siyasi Məktəb” fevral – aprel ayları ərzində keçirilib və bu layihənin 57 məzun uğurla başa vurub.

REAL Partiyası bu layihəni hər il davamlı şəkildə keçirəcək.