İlqar Məmmədov Ceyms Şarp ilə görüşdü

06.03.2020

Bu gün REAL sədri İlqar Məmmədov Birləşmiş Krallığın Azərbaycandakı səfiri cənab Ceyms Şarp ilə görüşmüşdür. Söhbət zamanı ATƏT və Avropa Şurasının əhatə etdiyi əməkdaşlıq sahələri üzrə, o cümlədən regionda demokratiya, sülh və əməkdaşlığa aid mövzularda Azərbaycan və Birləşmiş Krallıq üçün maraq kəsb edən məsələlər haqqında fikir mübadiləsi aparılmışdır.