REAL rəhbərliyi Britaniyalı diplomatla görüşdü

17.09.2019

Bu gün REAL sədri İlqar Məmmədov və REAL İdarə Heyətinin üzvü Erkin Qədirli Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin Şərq Araşdırmaları İdarəsinin rəhbəri Alan Parfitt ilə görüşmüşdür. Görüşdə Azərbaycanın ATƏT və Avropa Şurası qarşısında öhdəliklərindən doğan məsələlər ətrafında, o cümlədən, gələn ilin parlament seçkiləri, Dağlıq Qarabağ münaqişəsinin həlli və regional sabitlik haqqında fikir mübadilələri aparılmışdır.