REAL Xəzər Məclisi yeni təşəbbüslə çıxış edib

14.09.2019

REAL Xəzər Məclisi yenə gözəl təşəbbüslə çıxış edib. Məclis üzvləri tədris ili öncəsi ərazilərində yaşayan aztəminatlı 3 məktəblini tədris vəsaitləri və geyimləri ilə təmin ediblər.
"Məsələ sadəcə uşaqlara maddi dəstək olmaq deyildi, biz məktəblilərlə demək olar ki, bir günümüzü keçirdik. Onlarla danışmaq, xəyallarını bölüşmək gözəl idi." - Xəzər Məclis sədri Cavid Qəmbərov deyib.

Xəzər Məclisi daha əvvəl trashbag (təmizlik) kampaniyasına da qoşulmuşdu.