REAL sədri Avstraliya səfiri ilə görüşdü

19.07.2019

Bu gün REAL partiyasının sədri İlqar Məmmədov Avstraliyanın Türkiyə, Azərbaycan və Gürcüstan üzrə səfiri cənab Mark İnnes Braunu (Marc Innes-Brown) qəbul etdi. Cənab səfir REAL-ın ölkəmizin siyasi gündəminə baxışı ilə tanış oldu. İki ölkə arasında əməkdaşlıq, regiondakı proseslər haqqında fikir mübadiləsi aparıldı. Yaşadığımız regionun bugünü və keçmişi ilə əlaqədar, Avrstraliya-Azərbaycan münasibətləri üçün vacib olan məsələlərə toxunuldu. Ölkəmizdə hər kəsin uzaq Avstraliya ilə iqtisadi və siyasi əməkdaşlığın inkişafında maraqlı olduğu səfirin diqqətinə çatdırıldı.