Ilgar Mammadov met with the Ambassador of the Czech Republic to Azerbaijan

15.09.2020

Bugün Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov Çex Respublikasının Azərbaycandakı səfiri cənab Milan Ekert ilə görüşdü. Görüş zamanı ölkələrimizin üzv olduğu beynəlxalq təşkilatların gündəminə uyğun istiqamətlərdə geniş fikir mübadiləsi aparıldı. İlqar Məmmədov Avropa İnsan Haqları Konvensiyasına mövcud münasibət, geniş iqtisadi anlamda ikitərəfli ticari münasibətlərin gələcəyi və Qarabağ münaqişəsinin həlli perspektivlərinə dair partiyanın mövqeyini səfirin diqqətinə çatdırdı. Görüşdə iştirak edən REAL Siyasi Komitəsinin üzvü Rəsul Cəfərov vətəndaş cəmiyyətinin durumunun yaxşılışdırılması istiqmətində REAL-ın apardığı danışıqlar və parlament fəaliyyəti haqda səfiri məlumatlandırdı.